07 Avqust 2024, 15:47
FUTBOL
UEFA İspaniya yığmasının iki futbolçusunu cəzalandırıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Rodri və hücumçu Alvaro Morata bir oyunluq diskvalifikasiya olunub.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb. Cəzaya AVRO-2024-ün qalibi olan futbolçuların finaldan sonra qələbəni qeyd edən zaman Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik səbəb olub.
UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib.