“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda son mövsümü Türkiyənin “Manisa” klubunda keçirmiş Sərtan Taşkınla anlaşıb.

Milli üzvü ilə 1+1 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019-20 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest