06 Avqust 2024, 21:05
FUTBOL
“Arsenal” qapıçısı Karl Heyni La Liqa təmsilçisi “Real Valyadolid”ə icarəyə verməyi planlaşdırır.
Matc.az xəbər verir ki, estoniyalı qolkiperin ispaniya klubu ilə icarə müqaviləsinin 2024-25 mövsümünün sonuna qədər davam edəcəyi gözlənilir. Futbolçunun maaşını Valyadolid qarşılayacaq.
Qeyd edək ki, 22 yaşlı Heyn 2019-cu ildən “Arsenal” tərkibindədir. Lakin o, “topçuların” əsas komandası ilə hələ bir oyun keçirməyib.