"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Lüdoqorets" Bolqarıstan çempionatında III turun oyununa çıxıb.

Matc.az xəbər verir ki, komanda Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda"nı qəbul edib. Oyun meydan sahiblərinin 5:1 böyük hesablıqələbəsi ilə başa çatıb.

Millimizin müdafiəçisi sözügedən görüşdə 90 dəqiqə meydanda olub və 37-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Lüdoqorets" iki oyundan sonra 6 xalla üçüncü, "Arda" isə üç görüşdən 3 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest