03 Avqust 2024, 15:11
FUTBOL
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” ilə cavab oyununda zədələnən “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xitmədi məlumat yayıb.
Bildirilir ki, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.
Qeyd edək ki, “Sabah” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiyanın “Sent Patriks” klubu ilə qarşılaşacaq. Görüş avqustun 8-də, cavab qarşılaşması isə ayın 15-də “Liv Bona Dea Arena”da keçiriləcək.