Madrid “Atletiko”su “Real Sosyedad”dan 27 yaşlı mərkəz müdafiəçisi Robin Le Normandın transferini açıqlayıb.

Matc.az xəbər verir ki, Le Normandın transferi Madrid klubuna 34,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 2016-cı ildən “Real Sosyedad”da çıxış edir. Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 43 oyun keçirib və iki qol vurub. Le Normandın “Real Sosyedad”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədə idi. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 40 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest