“Norviç Siti”nin yarımmüdafiəçisi Qabirel Sara karyerasını “Qalatasaray”da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “A Spor” kanalı yayıb.

Bildirilir ki, İstanbul klubu uzun müddətdir axtardığı 8 nömrəli formanı geyinəcək futbolçu üçün  “Norviç Siti” ilə razılıq əldə edib.

“Sarı-qırmızılılar”ın 25 yaşlı braziliyalı yarımmüdafiəçi üçün 20 milyon avrodan aşağı transfer haqqı ödəyəcəyi bildirilib. Futbolçu “Qalatasaray”da 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Sara ötən mövsüm “Norviç Siti”nin heyətində 53 rəsmi oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest