03 Avqust 2024, 09:24
FUTBOL
“Barselona”nın yarımmüdafiəçisi Oriol Romeu yay transfer pəncərəsində İspaniya klubunu tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.
Bildirilir ki, futbolçu karyerasını icarə əsasında “Jirona”da davam etdirəcək.
Klublar icarə ilə bağlı razılığa gəliblər. Oriol Romeu yeni klubunda tibbi müayinədən keçməlidir.
Qeyd edək ki, Romeu 2023-cü ildən “Barselona”da çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi Kataloniya klubunda 11 oyun keçirib.