02 Avqust 2024, 13:01
FUTBOL
“Fiorentina”nın futbolçusu Nikolas Qonsales komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, yarımmüdafiəçinin karyerasını İtaliyanın başqa klubunda davam etdirmək variantı var.
Argentinalı oyunçu “Yuventus”un diqqət mərkəzinə düşüb. Turin klubunun yeni baş məşqçisi Tiaqo Motta rəhbərliklə söhbətində Qonsalesin alınmasını tələb edib.
Qeyd edək ki, Qonsales 2021-ci ilin yayından Florensiya klubunun formasını geyinir.