02 Avqust 2024, 12:07
FUTBOL
Braziliyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Turan Tovuz" klubunda növbəti ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Qərb təmsilçisi Bruno Qonçalveslə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, braziliyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2023-cü ilin yayından "Turan Tovuz"un formasını geyinirdi.