Dünən keçirilən avrokubok matçlarından sonra növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan UEFA reytinqində irəliləyib.

"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Rəşad Sadıqovun komandası bu qələbə sayəsində ölkəmizin aktivinə 0,250 xal qazandırıb.

Nəticədə xal hesabımız 18,375-ə yüksəlib və Azərbaycan siyahıda 23-cü sıraya qalxıb. İki pillə irəliləyən ölkəmiz Rusiya və Slovakiyanı qabaqlayıb.

Qeyd edək ki, 55 ölkənin reytinq siyahısında İngiltərə (89.160 xal) birincidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest