“Zirə”nin futbolçusu İsmayıl İbrahimli UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dunayska Ştreda” cavab oyunu üçün təşkil edilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, O, səfər oyununun asan olmayacağını bildirib:
“Oyuna yaxşı hazırlaşmışıq. Rəqibin güclü və zəif tərəflərini bilirik. Onlar evdə yaxşı çıxış edirlər. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində yaxşı oyunçular var. İlk matçda qələbə üçün çox əziyyət çəkdik. Sabah da çox əziyyət çəkməli olacağıq”.
Qeyd edək ki, sabah Slovakiyada keçiriləcək “Dunayska Ştreda” – “Zirə” matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən görüş “Zirə”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.