“Bizi çətin oyun gözləyir. İlk matçdakı mübarizə belə deməyə əsas verir”. Matc.az xəbər verir ki, bunu “Fehervar”ın baş məşqçisi Tamaş Petö Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la keçiriləcək cavab oyunu ilə bağlı danışarkən deyib.

50 yaşlı macarıstanlı mütəxəssis Sumqayıtdakı qələbəyə baxmayaraq, arxayınlaşmayacaqlarını bildirib: “Rəqib ilk görüşdə aqressiv futbol oynadı. Meydanda çox hərəkət edirdilər. Ancaq biz də azarkeşlərimiz önündə keçirəcəyimiz ilk matçda qələbə qazanmaq istəyirik. Azərbaycan klubları ötən həftə avrokuboklarda 4 oyundan 3-də qələbə qazanıblar. Bu da onların gücündən xəbər verir. Ehtiyatlı olmalıyıq. Rəqibə hörmətlə yanaşırıq, ancaq qalib gələrək mərhələ adlamaq istəyirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Fehervar” - “Sumqayıt” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Sumqayıtdakı qarşılaşmada macarlar 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest