Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Sumqayıt” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb. Matc.az xəbər verir ki, təmsilçimiz Sekeşfexervarda Macarıstanın “Fehervar” klubunun qonağı olub.

“MOL Arena Şoşto”da keçiriləcək görüşdə qapılara qol vurulmayıb. İlk qarşılaşmada doğma meydanda rəqibinə məğlub olan “Sumqayıt”, iki oyunun nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, komandalar arasında Sumqayıtda keçirilən ilk matçda “Fehervar” 2:1 hesablı qələbə qazanıb.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul

“Fehervar” – “Sumqayıt” - 0:0 
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oscar Yonson (hamısı İsveç)
Sekeşfexervar, “MOL Arena Şoşto”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest