UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah” – “Makkabi” (Hayfa) oyununa indiyədək 4500 bilet satılıb.

Matc.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Sabah” və “Makkabi” arasında cavab matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest