30 İyul 2024, 16:51
FUTBOL
“Brayton”un yarımmüdafiəçisi Paskal Qross Almaniyaya qayıdıb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu Dortmund “Borussiya”sına keçib.
Almaniya millisinin üzvünün transferi İngiltərə klubuna 7 milyon avro qazandırıb. Oyunçunun performansına görə, “Brayton” əlavə bonuslar da əldə edə bilər. İki gün ərzində transfer rəsmiləşəcək.
Qeyd edək ki, “Hoffenhaym”ın yetirməsi olan Paskal Qross 2017-ci ildən “Brayton”un formasını geyinir.