Serbiya millisinin futbolçusu Starxinya Pavloviç İtaliyaya köçüb. Matc.az xəbər verir ki, 23 yaşlı oyunçu “Zalsburq”u “Milan”a dəyişib.

Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. Onun sözlərinə görə, tərəflər arasında şərti razılıq əldə olunub. Bu transfer “Milan”a 18 milyon avroya başa gələcək.

Qeyd edək ki, Starxinya Pavloviç ötən mövsüm “Zalsburq”un heyətində 37 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest