30 İyul 2024, 10:04
FUTBOL
Yığmamız Slovakiya ilə səfər görüşünü Koşitse şəhərində keçirəcək.
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Yığmamız II tur çərçivəsində Slovakiya ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək.
Qeyd edək ki, sentyabrın 8-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.