29 İyul 2024, 21:46
FUTBOL
“Real”ın hücumçusu Kilian Mbappe Fransanın “Kaen” futbol klubunu almağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Bildirilir ki, Mbappe tezliklə komandanın səhmdarına çevriləcək. Qeyd olunur ki, Kilian klubdakı payını 20 milyon avroya alıb. Beləliklə, hücumçu Pyer-Antuan Kaptonla birlikdə “Kaen” klubunun sahibi olacaq.
Qeyd edək ki, Mbappe uşaqlıqda “Kaen” akademiyasında təhsil alıb. Fransız klubu ardıcıl altıncı mövsümdür ki , Fransa Liqa 2-də çıxış edir.