29 İyul 2024, 11:39
FUTBOL
“Kəpəz”in rəhbər postunda təyinat reallaşıb. Matc.az xəbər verir ki, Gəncə klubu yeni icraçı direktorunu müəyyənləşdirib.
Premyer Liqa təmsilçisi bu vəzifəyə Cabir İbrahimovu təyin edib. Cabir İbrahimov 2016-2017-ci illərdə də “Kəpəz”də eyni vəzifədə çalışıb.
Qeyd edək ki, “Kəpəz”də Mehman Allahverdiyev və İdarə Heyətinin hazırkı sədri İlqar Nadiri də daha əvvəl icraçı direktor vəzifəsini tutub.