“Mançester Yunayted”in sabiq müdafiəçisi Rafael Varanın ötən mövsümün sonunda İtaliya B Seriyasından A Seriyasına yüksələn “Komo” klubuna keçidi rəsmiləşib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.

Bildirilir ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Varan “Komo” komandasına azad agent kimi qoşulub.

Qeyd edək ki, Varan 2021-ci ildən “Mançester Yunayted”də çıxış edib. O, Mançester klubunun heyətində 95 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest