“Ümraniyespor” ilə yollarını ayıran Coşqun Diniyev yeni klubla anlaşıb.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını daha bir il Türkiyədə davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”a keçib.

Diniyev I Liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm “Ümraniyespor”un heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest