"Bu məğlubiyyət bizə nəyisə öyrətdi. Çalışacağıq ki, qarşıdakı matçlarda buraxdığımız səhvləri təkrarlamayaq"
“Dunayska Ştreda” (Slovakiya) baş məşqçisi Xisko Munoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 0:4 hesablı məğlubiyyəti şərh edib:
“Oyunun bu hesabla bitməsi mənim səhvimdir. Yəqin ki, futboçlularıma öz fikirlərimi yetəri qədər çatdıra bilməmişəm. Öz azarkeşlərimizdən üzr istəyirəm. Rəqib bu gün çox sürətli və istəkli idi. Mən pozitiv insanam. Bu məğlubiyyət bizə nəyisə öyrətdi. Çalışacağıq ki, qarşıdakı matçlarda buraxdığımız səhvləri təkrarlamayaq. Bunun üçün təhlillər aparmaq lazımdır”.
Qeyd edək ki, “Dunayska Ştreda” və “Zirə” komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.