“Sumqayıt” - “Fehervar” oyundan sonra keçirilən mətbuat konfransında Sumqayıt klubunun baş məşqçisi Samir Abbasov məğlubiyyəti şərh edib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Sumqayıt” doğma meydanda Macarıstan klubu “Fehervar”a məğlub olub (1:2).

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Sumqayıt klubunun baş məşqçisi Samir Abbasov məğlubiyyəti şərh edib:

“Mərhələ iki oyundan ibarətdir. Cavab qarşılaşması bundan da çətin olacaq. Səhvlərimiz üzərində çalışıb futbolçuları növbəti oyuna kökləyəcəyik. Təcrübəsiz komandayıq. Bəzi oyunçular oyundan qopdular. Dayaq yarımmüdafiəçilərindən söhbət gedir. Oyunun başlanğıcında azlıqda qalmağımız bütün planlarımızı pozdu.

Qırmızı vərəqə olmasaydı, fərqli nəticə görə bilərdik. Oyunçuları inandırmalıyıq ki, səfərdə qələbə qazana bilərsən. Stopper mövqeyində oynayan futbolçularımız azdır. Çətin olacaq. Cavab matçında rəqibin 70 faiz üstünlüyü olacaq. Biz qalan 30 faiz şansımızdan yapışacağıq”.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest