25 İyul 2024, 18:43
FUTBOL
“Yuventus”un gənc mərkəz müdafiəçisi Din Heysen karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, Heysen “Bornmut” klubu ilə razılığa gəlib.
19 yaşlı mərkəz müdafiəçisinin transferi “albalılar”a 18 milyon avroya başa gələcək. O, “Bornmut”la uzunmüddətli müqavilə imzalayacaq.
Razılaşmaya əsasən, “Yuventus”un Heysenin sonrakı satışından da müəyyən faiz alacaq.
Qeyd edək ki, keçən mövsümün ikinci yarısında “Roma”da icarə əsasında çıxış edən Heysen, 13 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.