"Fənərbağça" "Sevilya"nın hücumçusu Yussef En-Neserini rəsmən heyətinə qatıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul klubu 27 yaşlı futbolçu ilə 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə bağlayıb. Bu transfer “Fənər” rəhbərliyinə 19,5 milyon avroya başa gəlib. Bu, Türkiyə futbolu tarixində rekord məbləğdi.

Qeyd edək ki, Yussef En-Neseri 2020-ci ildən "Sevilya"nın formasını geyinirdi. Mərakeşli forvard ötən mövsüm komandanın heyətində 41 oyunda 20 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest