25 İyul 2024, 17:30
FUTBOL
Bu gün baş tutmalı olan qarşılaşma tərəflər arasındakı fikir ayrılığı səbəbindən keçirilməyib.
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un "Kocaelispor”la keçirməli olduğu yoxlama oyunu ləğv edilib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün baş tutmalı olan qarşılaşma tərəflər arasındakı fikir ayrılığı səbəbindən keçirilməyib.
“TuranTovuz” Türkiyədə keçirdiyi yoxlama matçlarında "Pendikspor" (0:0) və "Adana Dəmirspor"la (3:3) heç-heçə edib.
Qeyd edək ki, bu gün “Neftçi”nin də yoxlama oyunu baş tutmayıb.