"Bizi çətin oyun gözləyir. “Sabah” yay fasiləsində daha da güclənib. Amma bəhanə axtarmamalıyıq".
"Keçən mövsümü Azərbaycan çempionatında yuxarı yerlərdən birində başa çatdıran komanda ilə qarşılaşacağıq. Bizi çətin oyun gözləyir”. Matc.az xəbər verir ki, bunu "Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Bahar deyib.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün “Sabah” klubu ilə keçirəcəkləri matç barədə fikirlərini bölüşüb. 44 yaşlı mütəxəssis onların çətin matç gözlədiyini qeyd edib: “Sabah” yay fasiləsində daha da güclənib. Amma bəhanə axtarmamalıyıq. Çünki bu, ev oyunumuzdu. Tribunalarda maksimum dəstək verəcək azarkeşləri görmək istəyirik. Bu görüşdə nəticə bizim üçün çox vacibdi”.
Qeyd edək ki, Macarıstanda keçiriləcək "Makkabi" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.