25 İyul 2024, 12:37
FUTBOL
Albaniya millisinin baş məşqçisi Silvinyo ilə bağlı qərar verilib. Matc.az xəbər verir ki, Albaniya Futbol Federasiyası braziliyalı mütəxəssislə yeni müqavilə bağlayıb.
Onunla yanaşı, köməkçiləri Pablo Xavber Zabaleta və Doriva ilə sözləşmə yenilənib. Yeni sazişin müddəti 2025-ci ilin dekabrına qədərdi. Millinin qarşısında 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq vəzifəsi durur.
Qeyd edək ki, Albaniya yığması Almaniyada keçirilən Avropa çempionatının final mərhələsində iştirak edib.