19 İyul 2024, 19:05
FUTBOL
İspaniyalı baş məşqçi Sesk Fabreqas İtaliyanın “Komo” klubu ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, 37 yaşlı ispaniyalı mütəxəssis futbolçu karyerasını başa vurduğu İtaliya klubu ilə 4 illik müqavilə imzalayıb.
Daha əvvəl Fabreqasın “Çelsi”nin məşqçilər korpusuna daxil olmaq təklifi aldığı bildirilirdi. Keçən mövsümdə Sesk Fabregas de-fakto komandaya rəhbərlik edirdi, mütəxəssisin lazımi məşqçilik lisenziyası yox idi.
Qeyd edək ki, 2023/2024 mövsümündə 38 matçdan sonra 73 xal toplayan “Komo” B Seriyasında ikinci yeri tutub və birbaşa İtaliya çempionatının yüksək divizionuna yüksəlib.