19 İyul 2024, 15:52
FUTBOL
İspaniya yığmasının futbolçusu Alvaro Moratanın "Milan"a keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, təcrübəli hücumçu “rossonyerlər”lə 4+1 illik müqavilə imzalayıb.
31 yaşlı forvard yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, son olaraq “Atletiko”da oynamış Morata karyerası ərzində “Real”, “Yuventus” və “Çelsi” klublarının da uğurları üçün çalışıb.