Qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələlərinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Tədbirdə Azərbaycan milli komandasının rəqibi də müəyyənləşib. Yığmamız birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından olan Portuqaliya ilə üz-üzə gələcək. Komandamız ilk oyununu oktyabrın 23-də evdə, cavab matçını isə oktyabrın 29-da səfərdə keçirəcək.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest