19 İyul 2024, 10:39
FUTBOL
Növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, budəfəki reytinqdə Azərbaycanın mövqeyi dəyişməyib.
Buna avrokubokların I təsnifat mərhələsinin cavab görüşlərində qeydə alınan nəticələrindən sonra aydınlıq gəlib. 17.000 əmsala malik Azərbaycan yenə 25-ci pillədədi.
“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Şerif”ə uduzduğu üçün ölkəmizə xal qazandıra bilməyib. Ancaq buna rəğmən, Azərbaycan reytinq siyahısında geriləməyib.
Ölkəmizdən bir addım geridə olan Kiprin əmsalı 16.975-di.
Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (89.160) rəhbərlik edir.