Matçı FIFA referisi İştvan Vad idarə edəcək.

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln” (Cəbəllütariq) ilə səfərdə keçirəcəyi oyunun hakimi bəlli olub. Matc.az xəbər verir ki, görüş macar hakimə həvalə edilib.

Matçı FIFA referisi İştvan Vad idarə edəcək. Ona Vencel Tot və İştvan Albert köməkçi olacaqlar. Bence Şonka isə dördüncü hakim funksiyasını yerunə yetirəcək.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də saat 20:00-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest