18 İyul 2024, 14:51
FUTBOL
Avstriyada təlim-məşq toplanışını bitirən “Qarabağ” Azərbaycana qayıdıb. Matc.az xəbər verir ki, “köhlən atlılar” bu gün səhər saatlarında Bakıya dönüblər.
“Qarabağ” iyulun 5-dən 17-dək Tirol bölgəsində baş tutan hazırlıq prosesi çərçivəsində 4 yoxlama oyununa çıxıb. “Kayzerslautern”ə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri “Viktoriya”ya 2:1, “Slaven”ə 1:0, “Şəbəb Əl-Əhli”yə isə 5:2 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la üz-üzə gələcək.