Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Sumqayıt" - "Fehervar" matçına 2800 bilet satılıb. Matc.az xəbər verir ki, bu barədə "Sumqayıt" klubunun mətbuat xidmətindən bildirilib.

Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 20-dən isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə etmək mümkündü. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdı.

Qeyd edək ki, "Sumqayıt"ın "Fehervar"la ilk oyunu iyulun 25-də Azərbaycanda, cavab görüşü isə 31-də Macarıstanda reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest