18 İyul 2024, 10:08
FUTBOL
“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” yoxlama görüşü keçirib. Matc.az xəbər verir ki, Macarıstan klubu Türkiyə təmsilçisi “Göztəpə” ilə oyunda qüvvəsini sınayıb.
Qarşılaşma qollu bərabərliklə başa çatıb - 2:2.
Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyununu iyulun 25-də evdə, cavab görüşünü isə 31-də səfərdə keçiriləcək.