Serbiya millisi və “Milan”ın hücumçusu Luka Yoviç karyerasını “Fənərbaxça”da davam etdirə bilər.

Matc.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo bu yay “rossonerlər”dən ayrıla biləcək Yoviçlə yaxından maraqlanır. “Fənərbaxça” artıq futbolçunun agenti Fali Ramadani ilə danışıqlara başlayıb.

Son həftələrdə imzalanan müqaviləsinin uzadılmasına baxmayaraq, serbiyalının “Milan”da gələcəyi hazırda şübhə altındadır. Bu məsələ xüsusilə “Atletiko”nun hücumçusu Alvaro Moratanın “Milan”a keçəcəyini təsdiqlədikdən sonra daha da aktuallaşıb.

Xatırladaq ki, ötən gün “Fənərbaxça” Mourinyonun istəyi ilə “Əl-Əhli”nin hücumçusu Allan Sent-Maksimini bir illik icarə əsasında transfer etdiyini rəsmən açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest