18 İyul 2024, 01:27
FUTBOL
35 yaşlı alman yarımmüdafiəçi Marko Roys tezliklə “Los Anceles Qalaksi”nin futbolçusu olacaq.
Matc.az xəbər verir ki, bubarədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, tərəflər artıq müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər. Yaxın günlərdə rəsmi açıqlama gözlənilir.
Qeyd edək ki, Roys azad agent statusundadır. Əvvəllər o, demək olar ki, bütün karyerasını “Borussiya”da keçirib. O, Dortmund klubunda 429 matçda, 170 qol vurub və 131 məhsuldar ötürmə edib.