“Real” dünya futbol brendlərinin reytinqini təqdim edən “Brand Finance” konsaltinq şirkəti tərəfindən dünyanın ən dəyərli futbol brendi kimi tanınıb.
Matc.az xəbər verir ki, Madrid klubunun dəyəri keçən illə müqayisədə 16% artıb. Klub hazırda 1,685 milyard avro dəyərindədir.
Ötən il reytinqə 1,611 milyard avro dəyərində ikinci yerdə olan “Mançester Siti” başçılıq edirdi.
Reytinqdə üçüncü yeri “Barselona” tutur. Onun dəyəri 1,542 milyard avrodur.
Dünyanın ən dəyərli 10 futbol klubu:
1. “Real” - 1,685 milyard avro
2. “Mançester Siti” - 1,611 milyard avro
3. “Barselona” - 1,542 milyard avro
4. “Mançester Yunayted” - 1,398 milyard avro
5. “Liverpul” - 1,380 milyard avro
6. “Bavariya” - 1,236 milyard avro
7. PSJ - 1,208 milyard avro
8. “Arsenal” - 996 milyon avro
9. “Tottenhem” - 868 milyon avro
10. “Çelsi” - 838 milyon avro