2024/2025 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunun keçirib.

Matc.az xəbər verir ki, “dənizçilər” Türkiyə I Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.

Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Paytaxt klubunun heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.

Qeyd edək ki, “Səbail” sabah vətənə yola düşəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest