“Qalatasaray” “Zenit”in yarımmüdafiəçisi Vendellə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə “Qalaslan Medya” “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Bildirilir ki, braziliyalı Türkiyə klubu ilə müqavilə əsasında ildə 4,5 milyon avro alacaq. Müqavilənin müddəti göstərilmir.

Daha əvvəl Vendelin “Qalatasaray”a keçmək istədiyi və Türkiyə klubunun “Zenit”lə anlaşmasını gözlədiyi bildirilirdi.

Qeyd edək ki, ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 35 oyunda iştirak edib, 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” internet portalında 26 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest