“Atalanta” klubu “Kalyari”dən yarımmüdafiəçi İbrahim Süleymanı heyətinə qatıb.

Matc.az xəbər verir ki, transferin məbləği 7,5 milyon avro təşkil edib. Futbolçu ilə “4+1” illik müqavilə bağlasa da, müqavilənin uzadılması üçün hansı şərtlərin olduğu hələlik məlum deyil.

Xatırladaq ki, 21 yaşlı qanalı ötən mövsüm A Seriyasında 21 oyun keçirib, 2 qol vurub, həmçinin 4 sarı vərəqə alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest