“Zirə”nin müdafiəçisi Ruan Renato UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılamasında sabah “Şerif” komandası ilə keçirəcəkləri oyun barədə danışıb.
“Sabah bizi daha gərgin oyun gözləyir”.
Matc.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaması çərçivəsində sabah doğma meydanda Moldovanın “Şerif” komandası ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
O bildirib ki, rəqib sabahkı matça fərqli tərzdə hazırlaşacaq: “Şerif”in futbolçuları hər bir top uğrunda sonadək mübarizə aparırlar. Ancaq bütün epizodları dəyərləndirməliyik. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var”.
Qeyd edək ki, iyulun 18-də “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Şerif” matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç) –“Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.