Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “Real”la müqaviləsini daha bir mövsüm uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl xəbər verilmişdi ki, İspaniya klubu ilə yeni anlaşma xatirinə 38 yaşlı xorvatiyalı maaşını iki dəfə azaltmağa razılaşıb.

Qeyd edək ki, Modriç 2012-ci ilin yayından Madrid klubunda çıxış edir. Onun transfer qiyməti 6 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest