“Yuventus”un yarımmüdafiəçisi Filip Kostiç yenidən komandasını dəyişməyə hazırlaşır. Matc.az xəbər verir ki, karyerası ərzində ölkəsi Serbiyadan sonra Niderland, Almaniya və İtaliyada çıxış edən 31 yaşlı sol cinah oyunçusu daha bir yeni ölkəyə köçmək üzrədi.

Belə ki, “Atletiko” Serbiya millisinin üzvünü heyətinə cəlb etmək niyyətindədi. Turinlilər onu növbəti mövsümün planlarına daxil etməyib. Bu səbəbdən İspaniya nəhənginin təklifinin qəbul olunması gözlənilir. Kostiç “Fənərbaxça” və “Kristal Pelas”ın da maraq dairəsindədi.

Qeyd edək ki, 2022-ci ildən “Yuventus”un formasını geyinən Filip Kostiçin turinlilərlə müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest