17 İyul 2024, 17:21
FUTBOL
AVRO-2024-də parlaq çıxışla yadda qalan İspaniya yığmasının yarımmüdafiəçisi Dani Olmo yenidən nəhənglərin maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, “Leypsiq”in pleymeykeri artıq ilk təklifi alıb.
Komandasının Avropa çempionluğunda önəmli rol oynayan 26 yaşlı oyunçu “Bavariya”nın transfer hədəfindədi. Münhen təmsilçisi PSJ-nin niderlandlı yarımmüdafiəçisi Xavi Simonsun keçidini reallaşdıra bilməsə, Olmonun transferinə çalışacaq.
Qeyd edək ki, Dani Olmonun “Leypsiq”lə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.