17 İyul 2024, 16:56
FUTBOL
“Atalanta”nın yarımmüdafiəçisi Teun Kopmeyners yay “transfer pəncərəsi”ndə komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, Niderland millisinin üzvü uğrunda “Yuventus” və “Liverpul” mübarizə aparır.
“Atalanta” 26 yaşlı orta sahə oyunçusunu çox saxlaya bilməyəcəyini anlayır. Bu üzdən italyanlar onun transferini 60 milyon avro dəyərində qiymətləndirir. Turinlilər transferlə bağlı danışıqlara başlayıb. Ancaq ingilislər hələ rəsmi təklif göndərməyiblər.
Qeyd edək ki, Teun Kopmeyners 2021-ci ildən “Atalanta”da çıxış edir.