17 İyul 2024, 15:45
FUTBOL
“Atletiko”nun yarımmüdafiəçisi Joao Feliks hələ də gələcəyi ilə bağlı qərarsızdı. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu ötən mövsüm çıxış etdiyi “Barselona”ya qayıtmaq istəyir.
Lakin madridlilər onu icarəyə vermək niyyətində deyil. Feliks “Fənərbaxça”dan təklif alıb. Klubun yeni baş məşqçisi Joze Mourinyo həmyerlisini ixtiyarında görmək niyyətindədi. Ancaq Türkiyə nəhəngi satın alma hüququ olmadan icarə müqaviləsinə ümid edir.
Qeyd edək ki, Joao Feliks ötən mövsüm “Barselona”nın heyətində 30 oyunda 7 dəfə fərqlənib. O, daha əvvəl icarə əsasında “Çelsi”də çıxış edib.