17 İyul 2024, 14:22
FUTBOL
Tovuz şəhər stadionunda 2010-2012-ci il təvəllüdlü futbolçular üçün seçimlər keçiriləcək. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seçimlər iyulun 21-də saat 11:00-da start götürəcək və 25 iyuladək davam edəcək.
26 iyul tarixindən isə 2006-2009-cu il təvəllüdlü futbolçuların seçimləri baş tutacaq. Bu yaş qrupunun seçimləri iyulun 30-dək davam edəcək. Seçimlərdən uğurla keçən futbolçular akademiyaya cəlb olunacaq.
Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq mümkündü (saat 18:00-a qədər):
Əlaqələndirici şəxslər:
Elxan Abdıyev (055-706-55-94)
Həsən Həsənov (055-872-65-40, 055-402-92-28)
Elmir Musayev (055-581-46-92)